logo

Millimizin "EURO-2024"ün seçmə mərhələsindəki rəqibləri bəlli oldu

15:15 09-10-2022 | icon 3332
Millimizin "EURO-2024"ün seçmə mərhələsindəki rəqibləri bəlli oldu

Bu gün Almaniyanın Frankfurt şəhərindəki “Festhalle” sərgi mərkəzində futbol üzrə “EURO-2024”ün seçmə mərhələsinin püşkatma mərasimi keçirilib.

YeniAvropa xəbər verir ki, püşkün nəticəsinə əsasən, Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmaq uğrunda Azərbaycan milli komandası F qrupunda mübarizə aparacaq.

F qrupunda Azərbaycan millisi ilə yanaşı, Belçika, Avstriya, İsveç və Estoniya yığmaları da yer alıb.