logo

Rusiya yanvardan Ukrayna ilə viza rejimi tətbiq edəcək

14:15 09-10-2022 | icon 2023
Rusiya yanvardan Ukrayna ilə viza rejimi tətbiq edəcək

Rusiya Ukrayna ilə viza rejiminə keçilməsi məsələsi ilə bağlı qərarı 2023-cü ilin yanvarında qəbul edəcək.

YeniAvropa xəbər verir ki, bu barədə Rusiya XİN-in MDB ölkələri üzrə ikinci departamentinin direktoru Aleksey Polişuk TASS agentliyinə müsahibəsində məlumat verib.

İyun ayında Ukrayna Rusiya ilə 1997-ci ildə bağlanmış vizasız gediş-gəliş barədə sazişə xitam verib və iyulun 1-dən rusiyalıların Ukraynaya vizasız girişinə qadağa qoyulub.

Sazişin şərtlərinə əsasən, sənəd 2023-cü ilin yanvarına kimi qüvvədədir.