logo

TRACECA-nın Azərbaycan seqmentində  21 milyon tondan artıq yük daşınıb

18:53 26-07-2018 | icon 2702
TRACECA-nın Azərbaycan seqmentində  21 milyon tondan artıq yük daşınıb

2018-ci ilin yanvar-may aylarında Avropa-Qafqaz-Asiya(TRACECA) nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 21 milyon 341 min ton, yük dövriyyəsi isə 4 milyard 573,3 milyon ton-kilometr olub.

Dövlət Statistika Komitəsindən YeniAvropa-ya  bildirilib ki, yüklərin 13 milyon 277,5 min tonu və ya 62,2 faizi avtomobil nəqliyyatı, 5 milyon 10,1 min tonu və ya 23,5 faizi dəmir yolu nəqliyyatı, 3 milyon 53,4 min tonu və ya 14,3 faizi dəniz nəqliyyatı ilə daşınıb.

Dəhliz vasitəsilə daşınmış yüklərin 19,4 faizini və ya 4 milyon 133,2 min tonunu tranzit yüklər təşkil edib.