Millimizin "EURO-2024"ün seçmə mərhələsindəki rəqibləri bu gün bəlli olacaq
Bu gün Almaniyanın Frankfurt şəhərində 2024-cü il Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçiriləcək.
YeniAvropa xəbər verir ki,"Festhalle" sərgi mərkəzində təşkil olunacaq tədbirdə Azərbaycan milli komandasının da rəqibləri müəyyənləşəcək. Mərasim Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.
UEFA Millətlər Liqasının 2022/2023 mövsümünün qrup mərhələsinin yekununa əsasən tərtib edilmiş reytinq cədvəlinə uyğun olaraq, Azərbaycan yığması 4-cü səbətdə yer alıb.
Püşkə əsasən, ölkələr 10 qrupa bölünəcək. 3 qrupda 6, digər 7 qrupda isə 5 komanda mübarizə aparacaq. Millətlər Liqası səbətində olan 4 yığma 5 komandalı qruplarda yer alacaq və VI səbətdəki ölkələr onlara rəqib olmayacaq.
Qruplarda ilk iki pilləni tutan milli komandalar birbaşa AVRO-2024-ün final mərhələsinə vəsiqə əldə edəcək. Qalan 3 vəsiqə isə seçmə mərhələdə öz qrupunda ilk iki pilləni tuta bilməyən, Millətlər Liqasında pley-off mərhələsinə vəsiqə qazanan 12 komanda arasında keçiriləcək oyunlarından sonra bəlli olacaq.
UEFA Millətlər Liqası səbəti: Niderland, Xorvatiya, İspaniya, İtaliya;
1-ci səbət: Danimarka, Portuqaliya, Belçika, Macarıstan, İsveçrə, Polşa;
2-ci səbət: Fransa, Avstriya, Çexiya, İngiltərə, Uels, İsrail, Bosniya və Herseqovina, Serbiya, Şotlandiya, Finlandiya;
3-cü səbət: Ukrayna, İslandiya, Norveç, Sloveniya, İrlandiya, Albaniya, Monteneqro, Rumıniya, İsveç, Ermənistan;
4-cü səbət: Gürcüstan, Yunanıstan, Türkiyə, Qazaxıstan, Lüksemburq, Azərbaycan, Kosovo, Bolqarıstan, Farer adaları, Şimali Makedoniya;
5-ci səbət: Slovakiya, Şimali İrlandiya, Kipr, Belarus, Litva, Cəbəllütariq, Estoniya, Latviya, Moldova, Malta;
6-cı səbət: Andorra, San Marino, Lixtenşteyn.
Qeyd edək ki, Almaniya ev sahibi kimi birbaşa final mərhələsinə vəsiqə qazanıb. Bundestim A qrupunda yer alan bütün komandalarla təqvimə uyğun olaraq ev-səfər prinsipi əsasında qarşılaşacaq. Rusiya isə diskvalifikasiya səbəbindən seçmə və əsas mərhələdən kənarda qalacaq.
İstanbulda I Enerji Forumu çərçivəsində nazirlər sessiyası keçirilib
Sabah İstanbula nəzərdə tutulan bəzi uçuşlar təxirə salınıb
Sumqayıt şəhəri 75 yaşında
Moskvada MDB İqtisadi Şurasının iclası keçiriləcək
"COP29"da iqlim dəyişikliklərinin qorxuducu həddə çatdığını bir daha gördük-Ərdoğan
Sahibə Qafarova MDB PA-nın iclasında "COP29"dan danışıb
“Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib
COP29 Sədrliyi bəyanat yayıb
“Trendyol” COP29-da
Şuşa və Ağdama dekabr ayı üçün biletlər satışa çıxarılır
İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasına müraciət ünvanlayıb
Azərbaycanla Ukrayna ekologiya sahəsində əməkdaşlıq Memorandumu imzalayıb
Zelenski 34 nəfəri dövlət mükafatlarından məhrum edib
Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır
İstanbulda Azərbaycan-Türkiyə enerji əməkdaşlığı müzakirə edilib
DSX-da gənc əsgərlərin andiçmə mərasimi keçirilib
Gələn il "Şahdağ"da Avrasiya Dağ Kurortları Festivalı keçiriləcək
Sabah bakıda 18° isti olacaq
Azərbaycanın turizm potensialı Daşkənd beynəlxalq sərgisində nümayiş olunur
Qırğızıstan Azərbaycanla ikiqat vergitutmanı aradan qaldırıb
İlham Əliyev İsrailin nəqliyyat nazirini qəbul edib
Almaniya Rusiya ilə müharibə üçün əməliyyat planı hazırlayıb
"Azercell"dən “Möhtəşəm Cümə” endirimləri
"DÇ-2026"da İspaniya və ya Argentina çempion olacaq-"Goal"un proqnozu
Cari ildə 301 sərhəd pozucusu saxlanılıb-Araz Məmmədov