logo

"Qarabağ"-"Olimpiakos" matçının biletləri satışa çıxarılıb

11:33 09-10-2022 | icon 1687
"Qarabağ"-"Olimpiakos" matçının biletləri satışa çıxarılıb

"Qarabağ"ın Bakıda Yunanıstan "Olimpiakos"una qarşı keçirəcəyi UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyunu üçün biletlər satışa çıxarılıb.

 YeniAvropa xəbər verir ki, qiymətlər sektorlara müvafiq olaraq 5, 20, 30, 75 və 100 manat təşkil edir.

Biletləri matçın oynanılacağı Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından, "iticket.az"ın satış məntəqələrindən (onlayn satış), Ağdam təmsilçisinin Park Bulvardakı "fan-şop"undan, eləcə də "28 Mall" və "Gənclik mall" ticarət mərkəzlərindən almaq olar.

Qeyd edək ki, oktyabrın 13-də keçiriləcək qarşılaşma saat 20:45-də başlayacaq.