logo

İlham Əliyev Göyçayda yol tikintisinə  8 milyon manat ayırdı

18:12 26-07-2018 | icon 2583
İlham Əliyev Göyçayda yol tikintisinə  8 milyon manat ayırdı

Prezident İlham Əliyev Göyçay rayonunun Cəyirli–Alpout avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

YeniAvropa xəbər verir  ki, Sərəncama əsasən 21 min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Cəyirli–Alpout avtomobil yolunun tikintisi məqsədilə 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 8 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.