Latviyanın paytaxtı Riqada gənc taekvondoçular arasında Olimpiya çəkiləri üzrə Avropa çempionatı keçirilib.
YeniAvropa xəbər verir ki, Azərbaycan milli komandası yarışı 1 bürünc medalla başa vurub.
Məmməd Abdullayevin rəhbərlik etdiyi yığmada Zemfira Həsənzadə (44 kq) estoniyalı və polşalı rəqibini məğlub etsə də, yarımfinalda ispanla döyüşdə rəqib finala yüksəlib. Bu səbəbdən də Həsənzadə üçüncü yerlə kifayətlənib.