logo

Finlandiyanın baş naziri Ərdoğanla NATO-ya üzvlük məsələsini müzakirə edib

15:15 07-10-2022 | icon 2471
Finlandiyanın baş naziri Ərdoğanla NATO-ya üzvlük məsələsini müzakirə edib

Türkiyədən Finlandiyanın NATO-ya üzvlük məsələsini mümkün qədər tez bir zamanda təsdiqləyəcəyini gözləyirik.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Finlandiyanın Baş naziri Sanna Marin Avropa İttifaqının dövlət və hökumət başçılarının qeyri-rəsmi sammitindən öncə oktyabrın 6-da Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla görüşünün nəticələrinə dair jurnalistlərin suallarını cavablandıran zaman deyib.

“Ümid edirik ki, Türkiyə bizim NATO-ya üzvlük müraciətimizi tez bir zamanda ratifikasiya edəcək”, - deyə Sanna Marin bildirib.

Onun sözlərinə görə, Türkiyə lideri söhbət zamanı qeyd edib ki, Ankara Finlandiyanın hərəkətlərini özü üçün “problem” hesab etmir, çünki ölkə alyansa qoşulmaq üçün ikitərəfli münasibətlərdəki vəziyyəti həll etməyə çalışır. Sanna Marin, həmçinin İsveç və Finlandiyanın NATO-ya eyni vaxtda daxil olacağına ümid etdiyini deyib.

NATO Parlament Assambleyasının saytında dərc olunan məlumata əsasən, İsveç və Finlandiyanın alyansa üzvlük ərizələrini hələlik yalnız Macarıstan və Türkiyə parlamentləri ratifikasiya etməyib.