2022-ci il üzrə Nobel Sülh Mükafatının belaruslu insan haqları müdafiəçisi Ales Bialiatskiyə, Rusiyanın “Memorial” hüquq müdafiə təşkilatına və Ukraynanın Vətəndaş Azadlıqları Mərkəzinə verilməsi barədə qərar qəbul edilib.
YeniAvropa xəbər verir ki, bu barədə oktyabrın 7-də Osloda baş tutan xüsusi tədbirdə Norveç Nobel Komitəsinin nümayəndələri məlumat verib.
Onlar, "öz ölkələrində vətəndaş cəmiyyətini təmsil edib, uzun illər hakimiyyəti tənqid etmək və vətəndaşların fundamental hüquqlarını qorumaq hüququnu təbliğ edib. Laureatlar, müharibə cinayətlərini, insan hüquqlarının pozulmasını və səlahiyyətdən sui-istifadəni sənədləşdirmək üçün böyük səy göstərərək, birlikdə vətəndaş cəmiyyətinin sülh və demokratiya üçün əhəmiyyətini nümayiş etdirib", deyə bu mükafata layiq görülüb.