logo

Dünya çempionatı: Bu gün 3 cüdoçumuz mübarizəyə başlayır

09:58 07-10-2022 | icon 2520
Dünya çempionatı: Bu gün 3 cüdoçumuz mübarizəyə başlayır

Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatında bu gün daha üç cüdoçumuz medallar uğrunda mübarizəyə başlayır.

 YeniAvropa xəbər verir ki, kişilər arasında 66 kiloqram çəki dərəcəsində Orxan Səfərov və Yaşar Nəcəfov, qadınlar arasında isə 52 kiloqram çəkidə Gültac Məmmədəliyeva tatamiyə çıxacaqlar.

Qeyd edək ki, Azərbaycan yarışda 11 cüdoçu ilə təmsil olunur. Çempionatın ilk günündə Kəramət Hüseynov (60 kq) və Leyla Əliyeva (48 kq) medal qazana bilməyiblər. Mundial oktyabrın 13-də başa çatacaq.