“Qarabağ” Avropa Liqasının qrup mərhələsində ən çox qol vuran komandalar sırasında yer alıb.
YeniAvropa xəbər verir ki, UEFA-nın rəsmi saytının açıqladığı statistik göstəriciyə əsasən, Ağdam təmsilçisi qrupun ilk 3 turunda 7 qol vurub. Bu göstəricidə onlar 32 komanda arasında üçüncü yerdə qərarlaşıb. “Mittüland” (Danimarka), “Frayburq” (Almaniya), Betis” (İspaniya) də rəqib qapılarına 7 dəfə yol tapıb.
Siyahıda ilk pilləni isə 10 qolla “Feyenoord” (Niderland) tutur.
Qurban Qurbanovun komandası ilk 3 turda çərçivəyə ən çox zərbə endirən (24 dəfə) komandalar sırasında isə birinci yeri tutur. Bu zərbələrdən 7-si qol olub. İkinci-üçüncü pillələrdə “Frayburq”la “Betis” (hərəyə 20 dəfə) qərarlaşıb.
Xatırladaq ki, "Qarabağ" ötən gün "Olimpiakos"a Afinada 3:0 hesabı ilə qalib gəlib.