Qeyd edək ki, iyulun 2-də Ali Məhkəmənin Plenum iclasında REAL Hərəkatının həbsdə olan sədri İlqar Məmmədov barəsində olan məhkəmə qərarından verilən kassasiya şikayətinə baxılıb. Kassasiya və apellyasiya instansiyaları məhkəmələrinin qərarları ləğv edilib və iş baxılması üçün yenidən apellyasiya instansiyasına göndərilib.
Xatırladaq ki, İ.Məmmədov 2013-cü il yanvarın 24-də İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunub. O, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilib.(virtualaz.org)