logo

Azərbaycan millisi FIFA-nın reytinq cədvəlində 5 pillə irəliləyib

13:03 06-10-2022 | icon 1043
Azərbaycan millisi FIFA-nın reytinq cədvəlində 5 pillə irəliləyib

FIFA futbol üzrə milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

YeniAvropa AFFA-nın saytına istinadla xəbər verir ki, avqust ayında açıqlanmış reytinq cədvəli ilə müqayisədə 5 pillə irəliləyən Azərbaycan milli komandası 1146 xalla 123-cü pillədə qərarlaşıb.

Siyahıya 1841 xalla Braziliya millisi başçılıq edir. Belçika millisi 1816 xalla ikinci, Argentina 1773 xalla üçüncüdür.

Növbəti reytinq cədvəli dekabrda açıqlanacaq.