logo

Paytaxtda havadakı tozun miqdarı günün ikinci yarısında daha da artacaq

14:03 26-07-2018 | icon 2373
Paytaxtda havadakı tozun miqdarı günün ikinci yarısında daha da artacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin məlumatına əsasən, iyulun 26-da Bakıda və Abşeron yarımadasında səhər saatlarında mülayim şimal-qərb küləyinin üstünlüyü ilə əlaqədar tozun səpələnməsi prosesi baş verib və nəticədə atmosfer havasında tozun miqdarının bir qədər azaldığı qeydə alınıb.

Departamentdən YeniAvropa-ya bildirilib ki, günün ikinci yarısından axşama doğru şərq və cənub-şərq küləyinin üstünlüyü ilə əlaqədar tozun miqdarının artacağı gözlənilir.

Xatırladaq ki, atmosferdə müşahidə olunan toza səbəb Türkmənistandan atmosfer axınları ilə zəif toz dumanının daxil olmasıdır. Belə şəraitin iyulun 27-dək davam edəcəyi proqnozlaşdırılır.