Avropa İttifaqı ölkələri Rusiyaya qarşı yeni sanksiyalar paketi ilə bağlı razılığa gəlib.
YeniAvropa xəbər verir ki, "CTK" informasiya agentliyi bu barədə Brüsseldəki mənbələrə istinadla məlumat yayıb.
“Avropa İttifaqı ölkələri Rusiyaya qarşı daha bir sanksiya paketini razılaşdırıb. Yeni paketə Rusiya neftinin qiymətinə yuxarı həddin tətbiqi daxil olunub. Sanksiya siyahısına onlarla rusiyalı da əlavə edilib”, - deyə məlumatda bildirilir.
Rusiya əleyhinə səkkizinci sanksiyalar paketinin Avropa İttifaqı ölkələrinin dövlət və hökumət başçılarının oktyabrın 6-7-də Praqada keçiriləcək qeyri-rəsmi sammitində müzakirəyə çıxarılacağı gözlənilir.
Avropa İttifaqının Rusiyaya qarşı yeni sanksiyalar paketi hüquqi, IT və mühəndislik xidmətlərinin göstərilməsinin qadağan olunmasını nəzərdə tutur. Yeni məhdudiyyətlər Rusiyadan polad, kağız, kimya məhsullarını, həmçinin siqaret idxalını da qadağan edir.