logo

Qırğızıstanda parlamentin sədri istefa verdi

11:33 05-10-2022 | icon 4900
Qırğızıstanda parlamentin sədri istefa verdi

Qırğızıstan parlamentinin sədri Talant Mamıtov öz istəyi ilə istefa verdiyini açıqlayıb.

 YeniAvropa Qırğızıstan mediasına istinadla xəbər verir ki, Talant Mamıtov bu barədə qərarını parlamentin oktyabrın 5-də keçirilən iclasında səsləndirib. O, bu qərara hələ sentyabrın 14-17-də Tacikistanla sərhəddə baş verən toqquşmalar zamanı gəldiyini bildirib.

Parlamentin spikeri çıxışının sonunda ona göstərilən etimada görə həmkarlarına minnətdarlığını bildirib və vəzifədən öz arzusu ilə getdiyini vurğulayıb.

Qeyd edək ki, Talant Mamıtov 2020-ci il noyabrın 4-də Qırğızıstan parlamentinin sədri seçilib. 2010-2020-ci illərdə “Ata Jurt” və “Respublika-Ata Jurt” partiyalarından deputat seçilib.

Qırğızıstan mətbuatının yazdığına görə, respublika parlamentinin spikeri postuna ən real namizəd “Ata-Jurt Qırğızıstan” fraksiyasının təmsilçisi Nurlan Şakiyevdir.