UEFA Avropa Liqasının qrup mərhələsində oktyabrın 6-da keçiriləcək "Olimpiakos" (Yunanıstan) - "Qarabağ" (Ağdam) oyununu idarə edəcək hakimlər müəyyənləşib.
YeniAvropa xəbər verir ki, matçı Bosniya və Herseqovinadan olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi İrfan Pelto olacaq. Ona Davor Belyo və Damir Laziç kömək edəcəklər. Dördüncü hakim funksiyasını Antoni Bandiç yerinə yetirəcəklər.
"Georgios Karaiskakis" stadionunda oynanılacaq “Olimpiakos” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.