Ukraynanın bəzi rəsmi şəxslərinin İranın Rusiyaya hərbi xarakterli pilotsuz uçuş aparatı(PUA) verməsi haqqında açıqlamaları həqiqəti əks etdirmir.
YeniAvropa xəbər verir ki, bu sözləri İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Naser Kənani Tehranda həftəlik mətbuat konfransında deyib. O bildirib ki, bu barədə xarici mətbuatın yazdıqları da həqiqət deyil. İran münaqişənin əvvəllindən silahlı toqquşmaların əleyhinə olub və tərəfləri siyasi dialoqa çağırıb. İran neytral mövqe nümayiş etdirir.
Naser Kənani diqqətə çatdırıb ki, İranın xarici işlər naziri həm Ukrayna, həm də Rusiyanın rəsmi şəxsləri ilə görüşlərində tərəfləri sühlə çağırıb və bu prosesdə ölkəsinin kömək etməyə hazır olduğunu bildirib.