Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45-52 kilometrlik hissəsində, həmçinin Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 14-360-cı kilometrində bu gün axşam saatlarınadək yol qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır.
Bu barədə YeniAvropa-ya Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən açıqlama verilib.
Bundan başqa, Bakı şəhərində təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə Sabunçu rayonu, Sabunçu yol qovşağında üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi görülür. İşlər axşam saatlarında yekunlaşdırılacaq.
Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur