Almaniya Rusiya prezidenti Vladimir Putinin nüvə silahından istifadə ilə bağlı təhdidlərini çox ciddi qəbul edir.
YeniAvropa xarici KİV-ə istinadla xəbər verir ki, bu fikri Almaniyanın xarici işlər naziri Annalena Burbok səsləndirib.
“Biz onun sözlərini çox ciddi qəbul edirik. Müharibənin 220 günündən artıq müddətdə Vladimir Putin dəfələrlə göstərdi ki, o, ən dəhşətli hərbi cinayətlərdən çəkinmir”, -deyə xanım Burbok vurğulayıb.
Onun sözlərinə görə, Almaniya Ukraynaya dəstəyini davam etdirəcək:“Əgər Rusiya bu müharibədə qalib gəlsə, yəni Ukraynanı məhv etsə, o zaman nəinki Avropa sülh nizamı bərbad olacaq, heç bir kiçik ölkə artıq təhlükəsiz olmayacaq”.