logo

6 ayda narkotiklərə görə 1287 nəfər cinayət məsuliyyətinə cəlb olunub.

10:57 26-07-2018 | icon 2352
6 ayda narkotiklərə görə 1287 nəfər cinayət məsuliyyətinə cəlb olunub.

Bu ilin altı ayında ölkəmizdə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində 1287 nəfər cinayət məsuliyyətinə cəlb olunub.

YeniAvropa xəbər verir  ki, bu haqda  Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupundan bildirilib. Məlumatda qeyd edilib ki, onlardan 4-ü 18 yaşadək, 89-u 18-25 yaşadək, 163-ü 26-29 yaşadək, 1031-i 30 yaşdan yuxarı, o cümlədən 16-sı fəhlə, 1070-i işləməyənlər, 3-ü qulluqçu, 1-i vəzifəli və ya maddi məsul şəxs, 1-i kənd təsərrüfatı işçisi, 471-i əvvəllər cinayət törədiblər, 10-u əvvəllər xüsusi qeydiyyatda olub. Habelə onlardan 1271-i kişi, 16-sı qadın, 35-i xarici ölkə vətəndaşlarıdır. Əcnəbilərdən 19-u İran, 6-sı Rusiya, 5-i Gürcüstan, 2-si Ukrayna, 1-i Türkiyə, 1-i ABŞ, 1-i isə İrlandiya vətəndaşıdır.