4 boksçumuz Avropa birinciliyinin finalına yüksəlib
İtaliyanın Montesilvano şəhərində yeniyetmə oğlan və qız boksçular arasında Avropa birinciliyində yarımfinal mərhələsinə yekun vurulub.
YeniAvropa xəbər verir ki, Azərbaycan millisinin 4 üzvü qələbə qazanaraq finalda iştirak hüququ qazanıb.
Məhəmmədəli Aşurəliyev Armandas Kreqzden (Litva) və Artur Avetikyanın (Ermənistan) ardınca gürcüstanlı Levan Demurovi ilə qarşılaşıb. Yarışda 54 kiloqram çəki dərəcəsində mübarizə aparan boksçumuz bu dueldən də qalib ayrılıb. O, gərgin idman mübarizəsi şəraitində keçən döyüşdə 4:1 hesabı ilə qələbə qazanaraq finala vəsiqə əldə edib. M.Aşurəliyev həlledici döyüşdə ingiltərəli Adam Maca ilə üz-üzə gələcək.
Yığmamızın üzvü Məhəmmədəli Qasımzadə (57 kq) də finala yüksəlib. Nik Smirnov (Almaniya) və Kallum Karrageri (İrlandiya) mübarizədən kənarlaşdıran boksçumuz yarımfinalda latviyalı Nikolayes Zamyatinsi də məğlub edib – 5:0. O, finalda bolqarıstanlı Viktorio İliyevlə döyüşəcək.
Oğlanlardan ibarət yığmamız kimi, qızlardan ibarət millimiz də həlledici görüşlərdə 2 idmançı ilə təmsil olunacaq. Yarışda 48 kiloqram çəki dərəcəsində mübarizə aparan Nərmin Əlizadə çempionluq görüşünə vəsiqə əldə edib. Mahur Marikyana (Ermənistan) qalib gələn idmançımız yarımfinalda polşalı Silva Formeladan da güclü olub. O, 5:0 hesablı qələbəyə sevinib. N.Əlizadə finalda ingiltərəli Rubi Vaytla qüvvəsini sınayacaq.
Emili Rzayeva (70 kq) Olqa Filipçuk (Ukrayna) səddini keçdikdən sonra Gül Yılmazla (Türkiyə) üz-üzə gəlib. Boksçumuz yarımfinal görüşünü 5:0 hesabı ilə aktivinə yazıb. O, finalda polşalı Yoanna Araszevskanı sınağa çəkəcək.
Digər boksçumuz Aynur Mikayılova (50 kq) isə bürünc medalla kifayətlənib. Byanka Balintin (Almaniya) və Lamprini Giannakopoulounu (Yunanıstan) məğlub edən idmançı finala gedən yolda ingiltərəli Katerin Pumfri ilə qüvvəsini sınayıb. Rəqib mərhələ adladığından təmsilçimiz 3-cü yeri tutub.
Bu, oğlan və qız boksçuların çempionatının birgə keçirilməyə başladığı 2018-ci ildən sonra yığmamızın rekordudur. Bu müddətdə heç vaxt 4 idmançımız finala yüksəlməyib. Millinin Avropa birinciliyini 5 medalla bitirəcəyinin rəsmiləşməsi də bu müddət üçün rekord göstəricidir. Həmçinin 2 qız boksçumuzun finala yüksəlməsi tariximizdə ilk dəfə qeydə alınıb.
Qeyd edək ki, 33 ölkədən 378 (250 oğlan, 128 qız) idmançının mübarizə apardığı yarışda final döyüşləri oktyabrın 4-də olacaq.
Milli Məclisin sədri Misirin Nümayəndələr Palatasının sədri ilə görüşüb
Tovuzda ağır avtoqəza: 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb
Türkiyə millisinin iki voleybolçusu zəlzələdə həlak olub
Kimlərə Azərbaycanda daimi yaşamaq icazəsi veriləcək?
Rəcəb Tayyib Ərdoğan zəlzələ bölgəsinə gedir
Əcnəbilərin Azərbaycanda daimi yaşaması üçün tələblər sərtləşdirilir
Paytaxt sakini 5 nəfərin bank hesabından 4 min manat oğurlayıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb
FHN-in növbəti xilasetmə qrupu Türkiyəyə yola düşüb
Qaxda 45 sm qar yağıb
Paytaxtda tələbə yataqxanasında qətl törədilib
Azərbaycan XİN Ararat Mirzoyana cavab verib
Laçın-Xankəndi yolunda etiraz aksiyasının 59-cu günü
Türkiyədə zəlzələdən ölənlərin sayı 5400 nəfəri ötüb,31 mindən çox yaralı var
Heydər Əliyev Mərkəzi Türkiyənin Dövlət bayrağı rəngində işıqlandırılıb
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının bir qrup əməkdaşı orden və medallarla təltif edilib
“SOCAR Türkiyə” zəlzələ bölgəsindəki xilasetmə avtomobillərini pulsuz benzinlə təmin edir
Zelenski Ərdoğana zəng edib
Azərbaycan növbəti yardımları və xilasetmə qrupunu Türkiyəyə göndərir
Bu gün Azərbaycanda 298 doza vaksin vurulub
Azərbaycanda daha 21 nəfər koronavirusa yoluxub
SOCAR gözlənilən kəskin hava şəraiti ilə əlaqədar təhlükəsizlik tədbirlərini gücləndirib
Bu gün Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür
Bir qrup QHT sədri Türkiyədəki zəlzələ ilə bağlı qardaş xalqa başsağlığı verib
Tütün məmulatları və alkoqollu içkilərin idxalı və istehsalına dövlət nəzarəti gücləndirilir