logo

Qadın basketbolçulardan ibarət ABŞ millisi dünya çempionatının qalibi olub

14:44 01-10-2022 | icon 1533
Qadın basketbolçulardan ibarət ABŞ millisi dünya çempionatının qalibi olub

Qadın basketbolçulardan ibarət ABŞ millisi dünya çempionatının qalibi olub.

YeniAvropa xəbər verir ki,  Avstraliyada təşkil olunan çempionatın finalında Çin millisi ilə qarşılaşan ABŞ yığması rəqibini 83:61 hesabı ilə məğlub edib.

Üçüncü yer uğrunda görüşdə Avstraliya Kanadaya qalib gəlib - 95:65.

Qeyd edək ki, ABŞ millisi tarixində 11-ci dəfə dünya çempionatında qızıl medal qazanıb.