logo

Ermənistan KTMT-dən çıxa bilər-Paşinyan

12:34 01-10-2022 | icon 5320
Ermənistan KTMT-dən çıxa bilər-Paşinyan

Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) üzvlüyünü dayandıra biləcəyini mümkün hesab edir.

YeniAvropa xəbər verir ki, bunu Nikol Paşinyan "Armenpres" agentliyinə müsahibəsində bildirib.

“Bu yaxınlarda KTMT-dən olan bir sıra həmkarlarımla təmaslar nəticəsində müşahidə etdim ki, təşkilat Ermənistanda ictimai əhval-ruhiyyənin çox sürətlə inkişaf etdiyini qeydə alır. Söhbət zamanı hətta Ermənistanın KTMT-dən çıxmaq qorxusunun olduğu deyilirdi. Mən isə bunun əksi olan fikir formalaşdırdım, mənim reaksiyam belə oldu ki, KTMT-nin Ermənistanı tərk edəcəyi qorxusu var”, - Paşinyan müsahibəsində belə deyib.

O, bunun “sadəcə söz oyunu deyil, çox ciddi məzmun olduğunu” vurğulayaraq qeyd edib ki, əvvəllər KTMT-də təhlükəsizlik məsələləri müzakirə edilərkən, Ermənistan sərhədinin “KTMT üçün qırmızı xətt” olduğuna dair aydın təminat alıb”.

“Ötən il Sotk və Xoznavarda hadisələr baş verəndə biz təbii ki, KTMT-yə üz tutduq və çox qəribə cavab aldıq: sərhəd demarkasiya və delimitasiya olunmayıb. Ona görə də sual yarandı: belədirsə, bu qırmızı xətt haradan keçir?”, - deyə Ermənistanın baş naziri vurğulayıb.