Ukrayna ilə Rusiya arasında növbəti dəfə əsir və girovların mübadiləsi baş tutub.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin Aparatının rəhbəri Andrey Yermak məlumat verib.
Onun sözlərinə görə, Ukrayna 4 hərbçi və iki mülki şəxsi geri qaytarıb. Artıq onlar öz evlərindədilər.
Qeyd edək ki, bundan əvvəl Ukrayna əsir mübadiləsi çərçivəsində 215 ukraynalı hərbçini, o cümlədən 108 “Azov” döyüşçüsünü geri qaytarıb.