Bu il Gədəbəy rayonunun Talakənd, Dördlər və Əyrivəng kəndlərində modul tipli məktəblər quraşdırılacaq.
Rayon icra hakimiyyətindən YeniAvropa-ya verilən məlumata görə, görülən işlər Azərbaycan prezidentinin Ağstafa, Daşkəsən, Gədəbəy, Göygöl, Tovuz və Şəmkir rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında 2018-ci il 5 aprel tarixli Sərəncamına əsasən yerinə yetiriləcək.
Hazırda rayonda 83 ümumtəhsil məktəbi fəaliyyət göstərir. Başa çatmış tədris ilində rayon üzrə 10 min 440 nəfər şagirdin təhsili və təlim-tərbiyəsi ilə 1570 nəfər pedaqoji işçi məşğul olub.
Bu il ümumtəhsil məktəblərinin 9-cu sinfini 840 nəfər,11-ci siniflərini isə 728 nəfər bitirib.