ABŞ-ın Moskvadakı səfirliyi vətəndaşlarını təcili olaraq Rusiyanı tərk etməyə çağırıb.
YeniAvropa xəbər verir ki, səfirliyin saytında yerləşdirilmiş məlumatda Rusiyada yaşayan, eləcə də səfərdə olan ABŞ vətəndaşlarından bu ölkəni təcili tərk etmək xahiş olunur. Diplomatik nümayəndəliyin məlumatında bildirilir ki, ABŞ Rusiyanın ikili vətəndaşlığı tanımaqdan imtina edəcəyindən və belə şəxsləri hərbi xidmətə çağıra biləcəyindən ehtiyat edir.
Səfirlikdən hazırda kommersiya reyslərinin sayının məhdudlaşdırıldığını, təcili aviabilet almaq imkanlarının azaldığını bildiriblər. Eyni zamanda, məlumatda quru yolunun hələlik açıq olduğu və ABŞ vətəndaşlarının bu hərəkət imkanından istifadə edə biləcəyi də vurğulanır.