logo

Rusiya Ukraynada 58 mindən çox hərbçisini itirib

12:12 28-09-2022 | icon 1960
Rusiya Ukraynada 58 mindən çox hərbçisini itirib

“Ukrayna Silahlı Qüvvələri ötən sutka 400 rusiyalı hərbçini məhv edib və hərbi əməliyyatlar başlayandan bəri Rusiya Silahlı Qüvvələrinin itkiləri 58150 nəfər təşkil edib”.

YeniAvropa xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, 28 sentyabra olan məlumata əsasən  Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 2312 tank, 4889 zirehli maşın, 1381 artilleriya sistemi, 331 reaktiv yaylım atəşi sistemi, 175 hava hücumundan müdafiə sistemi, 262 təyyarə, 224 helikopter, 989 operativ-taktiki PUA, 242 qanadlı raket, 15 gəmi/qayıq, 3742 avtomobil və avtoçən, 131 xüsusi texnikadan ibarətdir.

“Düşmən son sutka ərzində daha çox Kramatorsk və Donetsk istiqamətlərində itkilər verib”, - məlumatda qeyd olunub.