İranın sabiq prezidenti, İran İslam İnqilabının ən nüfuzlu simalarından hesab edilən Haşimi Rəfsəncaninin qızı Faizə Rəfsəncani həbs edilib.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, Faizə xanım ölkədə iğtişaşlar yaratmaqda, sabitliyi pozmaqda ittiham edilir.
Qeyd edək ki, İranda 22 yaşlı Məsiha Əmininin polis zorakılığına məruz qalmasından sonra başlayan kütləvi aksiyalarda sabiq prezidentin qızı da iştirak edib və insanları hökumət əleyhinə çıxmağa çağırıb.
Xatırladaq ki, Rəfsəncani ailəsi İranın ən varlı və nüfuzlu ailələrindən biridir. Faizə Rəfsəncani atası vəfat etdikdən sonra mövcud hökuməti kəskin tənqid etməyə başlamışdı.