Fransanın müdafiə naziri Sebastyan Lekornü ilə Ermənistanın müdafiə naziri Suren Papikyan arasında Parisdə görüş olub.
YeniAvropa xəbər verir ki, bu barədə Fransa Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla Ermənistan KİV-ləri məlumatı yayıb.
Bildirilib ki, nazirlər Azərbaycanla Ermənistan arasındakı sərhədyanı ərazilərdə vəziyyəti müzakirə ediblər.
Fransalı nazir həmin bölgədə vəziyyəti dəyərləndirmək üçün tezliklə Ermənistana nümayəndə göndəriləcəyini qeyd edib.