logo

62 qanunsuz miqrant saxlanılıb

18:11 25-07-2018 | icon 2023
62 qanunsuz miqrant saxlanılıb

Dövlət Miqrasiya Xidmətinin (DMX) iyulun 23-24-də qanunsuz miqrasiyaya qarşı keçirdiyi tədbirlər zamanı ümumilikdə 62 əcnəbi saxlanılıb. Onlardan 16-sı Gürcüstan, 14-ü Pakistan, 11-i Türkmənistan, 7-si Rusiya, 2-si Suriya, 2-si İraq, 2-si Özbəkistan, 2-si Türkiyə, 1-i Efiopiya, 1-i Sudan, 1-i Misir, 1-i Çin, 1-i Ukrayna və 1-i Latviya vətəndaşıdır.

DMX-dən YeniAvropa-ya  bildiriblər ki, araşdırma zamanı həmin əcnəbilərin Azərbaycanda miqrasiya (olma və yaşama) qaydalarını pozduqları məlum olub.

Saxlanılmış 10 nəfər Türkmənistan vətəndaşının (səyyar ticarət) və 1 nəfər Türkiyə vətəndaşının Azərbaycan Respublikasına gəlişinin bəyan edilmiş məqsədini pozduqları məlum olub. İki nəfər Pakistan və bir nəfər Suriya vətəndaşının qeydiyyat ünvanı üzrə yaşamadığı, digər 48 nəfərin isə ölkədə qanunsuz yaşadıqları müəyyənləşdirilib.

Saxlanılmış əcnəbilərdən 39 nəfər barəsində inzibati qərarlar qəbul edilib. Digər əcnəbilərin ölkəmizin hüdudlarından kənara çıxarılması istiqamətində müvafiq tədbirlər görülür.