Bu il Qətərdə keçiriləcək futblol üzrə dünya çempionatının xərcləri 208 milyard avro təşkil edib.
YeniAvropa "The Sun" nəşrinə istinadla xəbər verir ki, bu barədə yarışın kommunikasiya direktoru Fatma Əl-Nuaymi açıqlamasında bildirib.
Fatma Əl-Nuaymi bu məbləğin Qətər üçün milli inkişaf və modernləşmə strategiyasının bir hissəsi olduğunu söyləyib: "Yeni yollar, metro, hava limanı, hotellər, digər turizm obyektləri, milli komandaların və azarkeşlərin faydalanacağı nəhəng infrastruktur layihələrinin əksəriyyəti DÇ-2022-yə ev sahibiliyi hüququnu əldə etməmişdən əvvəl planlaşdırılıb".
Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək gerçəkləşəcək.