Rəsmi Moskva sərhədlərin bağlanmasına dair heç bir qərar qəbul etməyib.
YeniAvropa xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə məlumat verib.
O bildirib ki, qismən səfərbərliklə əlaqədar Rusiyanın digər ölkələrlə sərhədlərinin bağlanmasına dair hazırda heç bir qərar qəbul edilməyib.
Kremlin sözçüsü, həmçinin Rusiyanın bəzi regionlarında hərbi vəziyyət elan olunacağı barədə xəbərləri də təkzib edib.
Bundan əlavə, D.Peskov bəzi KİV-lərdə səfərbərliyə cəlb olunanların sayının 300 min nəfər deyil, 1 milyon nəfər olacağına dair xəbərləri “saxta” adlandırıb.