Dünya birjalaında neftin qiyməti mextəlif istiqamətdə dəyişib.
YeniAvropa xəbər verir ki, Azərbaycan neftinin qiyməti cüzi ucuzlaşıb. Belə ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,10 dollar ucuzlaşaraq 75,12 dollar təşkil edib.
Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,53 dollar artaraq 73,97 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,23 dollar bahalaşaraq 68,75 dollar olub.