Yaponiyanın “Toyota” şirkəti Rusiyada avtomobil istehsalını dayandırır.
YeniAvropa xəbər verir ki, şirkətin Sankt-Peterburqda 15 il fəaliyyət göstərmiş zavodu ehtiyat hissələrini Rusiyaya gətirə bilməməsi səbəbindən istehsalı dayandırır. Zavodun binasının satışa çıxarılacağı bildirilir.
“Kommersant” qəzeti yazır ki, Sankt-Peterburqda fəaliyyət göstərən digər “Nissan” və “Hyundai” zavodlarında da istehsal prosesi dayandırılıb.
İldə 100 min istehsal gücünə malik “Toyota”nın Sankt-Peterburq zavodunda “Camry” və “RAV4” modelləri buraxılırdı.