Belarus prezidenti Aleksandr Lukaşenko ölkədə səfərbərlik olmayacağını bəyan edib.
YeniAvropa "BelTA" agentliyinə istinadla xəbər verir ki, bunu Belarus prezidenti bu gün jurnalistlərlə görüşündə bildirib.
"Bu səfərbərlik Rusiyadadır. Bu körpünü bizim üstümüzə atmağa çalışırlar ki, bizdə də olacaq . Heç bir səfərbərlik olmayacaq. Bu, yalandır", - Aleksandr Lukaşenko belə deyib.
Prezident əlavə edib ki, Belarusda mümkün təhdidlərə və terror aktları törətmək cəhdlərinə mütləq cavab veriləcək. Onun sözlərinə görə, bunun üçün mütəmadi olaraq, o cümlədən könüllülərin iştirakı ilə müxtəlif təlimlər keçirilir ki, insanlar öz vəzifələrini bilsinlər, lazımi hərbi vərdişlərə yiyələnsinlər.