“Qarabağ”ın müdafiəçisi Bəhlul Mustafazadə UEFA Avropa Liqasının qrup mərhələsinin oyunlarında ən çox top uzaqlaşdıran futbolçuların siyahısında yer alıb.
YeniAvropa xəbər verir ki, bu barədə yarışın rəsmi "Facebook" səhifəsində paylaşım edilib.
25 yaşlı müdafiəçi 2 görüşdə 8 dəfə buna müvəffəq olub. B.Mustafazadə bu göstəriciyə görə 3-5-ci yerləri bölüşdürür.
İlk sırada Ağdam təmsilçisinin qrupdakı rəqibi Fransa “Nant” klubunda çıxış edən Nikolya Pallua (12) qərarlaşıb. Macarıstanın “Ferentsvaroş” komandasının üzvü Sami Mmae (11) 2-ci pillədədir.
Qeyd edək ki, birinci turda Almaniyada “Frayburq”a 1:2 hesabı ilə uduzan “Qarabağ” növbəti oyununda Bakıda “Nant”ı 3 cavabsız qolla məğlub edib.