Rusiyanın 55 hərbçisi Ukraynadan əsirlikdən qayıdıb.
YeniAvropa xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlikdən bildiriblər ki, əsirlər mübadiləsinə dair aparılan danışıqlar nəticəsində sentyabrın 22-də gecə Rusiyanın 55 hərbçisi geri qaytarılıb. Azad edilən əsirlər təyyarə ilə Rusiyaya gətirilib və Müdafiə Nazirliyinin hospitallarında yerləşdirilib.