logo

Rusiya Ukraynaya qarşı müharibədə 5937 hərbçisini itirdiyini deyir

12:12 21-09-2022 | icon 1918
Rusiya Ukraynaya qarşı müharibədə 5937 hərbçisini itirdiyini deyir

Rusiyanın müdafiə naziri Ukraynadakı hərbi əməliyyatdan və qismən səfərbərlikdən danışıb.

YeniAvropa xəbər verir ki, nazir Sergey Şoyqu Ukraynada hərbi əməliyyatlar zamanı Rusiyanın 5937 hərbçisinin həlak olduğunu, yaralıların 90 faizinin yenidən döyüş bölgələrinə qayıtdığını bildirib.

O qeyd edib ki, əməliyyatlarda Rusiyanın bütün silah növləri, o cümlədən nüvə silahı öz vəzifələrini yerinə yetirir. Nazirin sözlərinə görə, Ukrayna hərbi əməliyyatlarda 61 min 207 hərbçisini itirib, daha 49 min 368 nəfər yaralı var.

S.Şoyqu bildirib ki, qismən səfərbərliyə artıq hərbi xidmət keçmiş, döyüş təcrübəsi və hərbi ixtisası olan şəxslər cəlb ediləcək. Nazir ehtiyatda olan 300 min hərbçinin səfərbərliyə cəlb ediləcəyini vurğulayıb. Onun sözlərinə görə, tələbələr və müddətli hərbi xidmət keçənlər döyüş bölgələrinə göndərilməyəcək.

Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı  Rusiyanın Ukraynaya qarşı müharibədə 60 min nəfərədək canlı qüvvə itirdiyini bildirir.