Gürcüstanın Kutaisi şəhərində "Bank of Georgia"nın yerli filialına silahlı hücum edən şəxs həbs edilib.
YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Keti Kovziaşvili məlumat verib.
Onun sözlərinə görə, xüsusi əməliyyat uğurla başa çatıb və girovlar azad edilib.
“Xüsusi əməliyyat başa çatıb, bir nəfər həbs olunub. Bütün girovlar azad ediliblər”, – deyə Kovziaşvili bildirib.
Qeyd edək ki, bu gün saat 12:00 radələrində silahlı şəxs banka daxil olub. Hücum edən şəxs 12 nəfəri girov götürüb. O, bankdan 2 milyon dollar, Rusiya bayrağı və helikopter tələb edib.
Əks halda o, bankın binasını girovlarla birlikdə partladacağını bildirmişdi.