Cüdo üzrə Rusiya milli komandasının Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək dünya çempionatında iştirakına icazə verilməyəcəyi dəqiqləşib.
YeniAvropa "TASS" agentliyinə istinadla xəbər verir ki, bu barədə Rusiya Cüdo Federasiyasının prezidenti Vasili Anisimov məlumat verib.
O, mundiala qatılmayacaqlarını təsdiqləyib: "Beynəlxalq Olimpiya Komitəsinin qərarı təkcə Rusiyanın cüdo komandasına deyil, bütün idmançılarına şamil edilir".
Qeyd edək ki, Daşkənddəki dünya çempionatı 6 - 12 oktyabrda olacaq. Daha əvvəl Ukrayna Cüdo Federasiyası Rusiya idmançılarına icazə veriləcəyi halda dünya çempionatını boykot edəcəyini açıqlayıb.