logo

“Taxıl dəhlizi” vasitəsilə Ukrayna limanlarından 177 gəmi yola çıxıb

11:33 20-09-2022 | icon 1883
“Taxıl dəhlizi” vasitəsilə Ukrayna limanlarından 177 gəmi yola çıxıb

“Taxıl dəhlizi” işə başlayandan bəri Ukraynanın 4,1 milyon ton kənd təsərrüfatı məhsulu ixrac edilib. Ümumilikdə avqustun əvvəlindən Asiya, Avropa və Afrika ölkələri üçün kənd təsərrüfatı məhsulları daşıyan 177 gəmi Ukrayna limanlarını tərk edib.

 YeniAvropa xəbər verir ki, bu barədə Ukrayna İnfrastruktur Nazirliyi məlumat yayıb.

Məlumata görə, "Taxıl dəhlizi"nin həyata keçirilməsi çərçivəsində sentyabrın 20-də Ukrayna ərzaq məhsulları ilə dolu daha 8 gəmi “Odessa” və “Çornomorsk” limanlarını tərk edib.

Qeyd edilib ki, gəmilərin göyərtəsində ümumilikdə 195,5 min ton kənd təsərrüfatı məhsulu var.

Xatırladaq ki, iyulun 22-də Ukrayna, Rusiya, BMT və Türkiyə Ukrayna taxılının Qara dəniz vasitəsilə ixracının həyata keçirilməsi ilə bağlı dördtərəfli saziş imzalayıb. Taxıl daşıyan ilk gəmi avqustun 5-də Odessa limanını tərk edib.