Yunanıstanda baş verən meşə yanğınlarından zərərçəkənlar arasında Azərbaycan vətəndaşları yoxdur.
YeniAvropa xəbər verir ki, bu haqda XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib: "Azərbaycan Respublikasının Yunanıstandakı Səfirliyindən verilən məlumata görə bu ölkədə tüğyan edən meşə yanğınlarında ölən və yaralananlar arasında Azərbaycan Respublikası vətəndaşlarının olması qeydə alınmayıb",-deyə Hikmət Hacıyev bildirib. Onun sözlərinə görə, Yunanıstandakı səfirliyimizin davamlı əsasda bu ölkənin müvafiq qurumları ilə təmasdadır.