Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bu gün ABŞ-a gedəcək.
YeniAvropa xəbər verir ki, bu barədə “Sputnik Armeniya” məlumat yayıb.
Bildirilib Ararat Mirzoyan Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasında iştirak edəcək.
Onun başqa ölkələrdən olan həmkarları və beynəlxalq təşkilatların təmsilçiləri ilə bır sıra görüşlər keçirəcəyi planlaşdırılıb.
Xatırladaq ki, bu gün, sentyabrın 19-da ABŞ-ın Nyu-York şəhərində BMT Baş Assambleyasının 77-ci sessiyası başlayır.