logo

Mario Draqi yenidən İtaliyanın baş naziri olmaq istəmir

16:16 17-09-2022 | icon 2611
Mario Draqi yenidən İtaliyanın baş naziri olmaq istəmir

İtaliyanın baş naziri Mario Draqi sentyabrın 25-də keçiriləcək ümumi seçkilərdən sonra bir daha bu postu tutmayacağını açıqlayıb.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, M.Draqi seçkilərdə qalib müəyyən edilmədiyi təqdirdə, bəzi partiyaların onun vəzifədə qalmasını istədiyi və yenidən baş nazir olub-olmayacağı ilə bağlı suala birmənalı şəkildə “xeyr” cavabını verib.

O, bütün italyanları sentyabrın 25-də seçkilərdə fəal iştirak etməyə çağırıb.

Qeyd edək ki, ölkədə seçkilərə az vaxt qaldığı üçün sorğuların nəticələri açıqlanmır. Siyasi partiyaların seçki kampaniyaları isə davam edir.

Xatırladaq ki, iyulun 21-də İtaliyanın baş naziri postundan istefa verən M.Draqi sentyabrın 25-də keçiriləcək seçkilərə kimi səlahiyyətlərinin icrasını davam etdirir.