logo

Türk güləşçi üçüncü dəfə dünya çempionu olub

09:49 17-09-2022 | icon 2534
Türk güləşçi üçüncü dəfə dünya çempionu olub

Türk idmançı Taha Akgül Belqradda keçirilən güləş üzrə dünya çempionatının qalibi olub.

 YeniAvropa xəbər verir ki, 125 kiloqram çəki dərəcəsində mübarizə aparan Taha Akgül finalda monqolustanlı Lkhagvagerel Munkhturu 6-2 hesabı ilə məğlub edərək karyerasında üçüncü dəfə dünya çempionu adını qazanıb.

Taha Akgül bundan əvvəl 2014-cü və 2015-ci illərdə dünya çempionu olub.

Olimpiya çempionu da olan güləşçi, həmçinin bu il Macarıstanın paytaxtı Budapeştdə keçirilən 9-cu Avropa çempionatının qalibidir.