Qazaxıstan Senatı (Yuxarı Palata) və Məclisinin (Aşağı Palata) birgə iclasında paytaxt Nur-Sultanın adının dəyişdirilməsi haqqında qanun layihəsini qəbul edib.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, parlamentin “Jana Kazaxıstan” deputat qrupunun paytaxtın adının dəyişdirilməsi haqqında təklifini Parlament üzvləri yekdilliklə qəbul ediblər.
Paytaxtın adının yenidən dəyişdirilməsi haqqında Konstitusiya layihəsi imzalanmaq üçün Prezidentə təqdim edilib.
Qeyd edək ki, sentyabrın 2-də “Jana Kazaxıstan” məsələ üzrə təşəbbüslə çıxış etmişdi.
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Konstitusiya layihəsini imzaladıqdan sonra qanun qüvvəyə minəcək. Ölkə paytaxtı 7 il əvvəlki kimi yenidən Astana adlanacaq.
Xatırladaq ki, 2015-ci ildə şəhərin adı dəyişdirilərək Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevin şərəfinə Nur-Sultan adlanmışdı.