Sentyabrın 15-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistan prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə Özbəkistana yola düşüb.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, Türkiyə prezidenti Şanxay Əməkdaşlıq Təşkilatının 22-ci Dövlət Başçıları Sammitində iştirak edəcək. Prezident Ərdoğanın sentyabrın 16-da keçiriləcək Zirvə toplantısında çıxışı gözlənilir.
Səfər iki gün davam edəcək.
Qeyd edək ki, 2012-ci ildən bu yana Şanxay Əməkdaşlıq Təşkilatında “Dialoq tərəfdaşı” statusunu alan Türkiyə ilk dəfə prezident səviyyəsində Zirvə toplantılarında iştirak edəcək.