logo

İlham Əliyev Masallıda yol tikintisinə 7,5 milyon manat ayırıb

18:15 23-07-2018 | icon 2541
İlham Əliyev Masallıda yol tikintisinə 7,5 milyon manat ayırıb

Prezident İlham Əliyev iyulun 23-də “Masallı rayonunun Şatıroba–Hişkədərə–Miyanku–Kubin–Birinci Səmədxanlı–Xallıcalı–Əminli–Məmmədxanlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

YeniAvropa xəbər verir  ki, otuz iki min nəfər əhalinin yaşadığı 22 yaşayış məntəqəsini birləşdirən Şatıroba–Hişkədərə–Miyanku–Kubin–Birinci Səmədxanlı–Xallıcalı–Əminli–Məmmədxanlı avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 7,5 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.