Latviyada "Azərbaycan Ticarət Evi" açılıb
İyulun 23-də Latviyanın paytaxtı Riqada "Azərbaycan Ticarət Evi" açılıb. YeniAvropa xəbər verir ki, bununla əlaqədar təşkil olunmuş tədbirdə hər iki ölkənin rəsmi şəxsləri, Azərbaycan-Latviya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri, sahibkarlar iştirak ediblər.
Qeyd edək ki, İqtisadiyyat Nazirliyi tərəfindən yaradılmış "Azərbaycan Ticarət Evi" "Made in Azerbaijan" brendinin Latviya bazarında daha çox tanıdılmasına, Azərbaycan məhsullarının ixracının təşviqi və genişləndirilməsinə dəstək göstərəcək, Latviyada satışını təşkil edəcək, bu sahədə əlaqələndirməni həyata keçirəcək.
"Ticarət Evi"ndə Azərbaycan şirkətlərinin müxtəlif növ məhsullarının sərgisi təşkil olunub. Daimi fəaliyyət göstərəcək sərgidə Azərbaycan şirkətlərinin istehsal etdiyi 70 çeşidə yaxın şərab məhsulları, 26 çeşiddə konyak, 10 çeşiddə araq, 26 çeşiddə çay, 23 çeşiddə meyvə şirələri və kompotlar, 70 çeşiddən çox digər məhsullar, o cümlədən bitki yağları, zeytun, fındıq, düyü, meyvə-tərəvəz, tekstil və kosmetik məhsullar, sənaye malları, turizm xidmətləri nümayiş olunur.
Açılış mərasimində çıxış edən Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Latviyada "Azərbaycan Ticarət Evi"nin açılmasının dövlət başçılarının ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin inkişafına verdikləri böyük önəmin, Latviyada Azərbaycan məhsullarına olan marağın göstəricisi olduğunu vurğulayıb. Qeyd olunub ki, qarşılıqlı hörmət və dostluq prinsiplərinə əsaslanan Azərbaycan-Latviya əlaqələri uğurla inkişaf edir. Latviyada "Azərbaycan Ticarət Evi"nin açılması iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsinə mühüm töhfə verəcək.
Azərbaycanın Latviya ilə investisiya əməkdaşlığından danışan Sahib Məmmədov qeyd edib ki, Azərbaycan tərəfdən Latviyaya 164 milyon dollar, Latviya tərəfindən Azərbaycan iqtisadiyyatına 84 milyon dollar həcmində sərmayə qoyulub. Azərbaycanda tikinti, xidmət, sənaye, rabitə, nəqliyyat, ticarət, bank və sığorta sahələrində 40 Latviya şirkəti fəaliyyət göstərir.
Latviya Respublikasının Azərbaycan-Latviya hökumətlərarası komissiyanın həmsədri, Latviyanın nəqliyyat naziri Uldis Auqulis Riqada "Azərbaycan Ticarət Evi"nin fəaliyyətə başlamasının ikitərəfli iqtisadi əlaqələrin inkişafında mühüm addım olduğunu, ölkələrimiz arasında iqtisadi əməkdaşlığın və işgüzar münasibətlərin inkişafında əhəmiyyətini vurğulayıb. Arvils Aşeradens Latviya ilə Azərbaycan arasında qarşılıqlı əlaqələrin bundan sonra da genişlənəcəyinə əminliyini diqqətə çatdırıb, əməkdaşlığın genişləndirilməsi istiqamətlərinə dair fikirlərini bölüşüb.
Tədbir çərçivəsində Azərbaycanın "Kaslar" MMC və "Bina Aqro" MMC şirkətləri ilə Latviya şirkətləri arasında Azərbaycan istehsalı olan məhsulların Latviyaya ixracına dair anlaşma memorandumları imzalanıb.
Sonra tədbir iştirakçıları "Azərbaycan Ticarət Evi" və burada daimi fəaliyyət göstərən Azərbaycan məhsullarının sərgisi ilə tanış olublar.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Latviya Baş nazirinin müavini, iqtisadiyyat naziri Arvils Aşeradens ilə görüşüb, ikitərəfli iqtisadi əlaqələrin mövcud vəziyyəti, perspektiv əməkdaşlıq imkanları barədə müzakirələr aparıb.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb